21 İyun 2016 14:06
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokuror jurnalist Elçin Həsənovun barəsində olan hökmdən apelyasiya protesti verib.

E.Həsənov Teleqraf.com-a bildirib ki, apelyasiya protestində prokuror onun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nizami rayon Məhkəməsinin hökmü ilə xuliqanlıqda ittiham olunan jurnalist Elçin Həsənov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Elçin Həsənovun barəsində “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. Elçin Həsənov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə ittiham olunub . O, “Yüksəliş naminə” qəzetinin redaktor müavini olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər