24 İyun 2016 16:43
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Nahid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə kçeirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nahid Əliyev 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 13-də, gecə saat 03:30 radələrində Tbilisi prospektində Xırdalan şəhər sakini, 1980-ci il təvəllüdlü Rasim Hüseynov və Zaur Rzayev bıçaqlanıb.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1980-ci il təvəllüdlü Nahid Əliyev tutulub. Hadisə münaqişə zəminində törədildiyi məlum olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər