28 İyun 2016 17:07
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binanda baş verən yanğınla bağlı həbs olunan şəxslərin məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən Miryusif Mahmudovun vəkili İlham Həsənova hüquqlarını müdafiə etdiyi şəxsin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və bunun dustaqlığı ilə əvəz olunmasını istəyib.

Vəkil həmçinin Miryusif Mahmudovun barəsində açılan cinayət təqibinə xitam verilməsini istəyib. Uğur Bəşirovun vəkili Cavid Rzazadə çıxışında ibtidai istintaq zamanı iş materialları ilə tanış ola bilmədiyini deyib. O, cinayət işinin ibtidai istintaqa qaytarılmasını və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Ədalət Rəcəbovun vəkili cinayət işinin icraatına xitam verilməsini istəyib. Nizami Orucovun vəkili hüquqlarını müdafiə edən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Vəkillərin vəsatətləri baxılmamış saxlanılıb.

Məhkəmə iclası iyunun 29-da davam edəcək.

2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi ibaş verib. Yanğın nəticəsində 16 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər