Xəzər dənizində batmış şəxsin meyiti tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, iyulun 20-də paytaxtın Xəzər rayonunda batmış 1983-cü il təvəllüdlü Əliyev Orxan Rafiq oğlunun cəsəsdini nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri taparaq, sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat bu gün saat 07:14-də başa çatıb.