25 İyul 2016 17:51
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmaqda təqsirləndirilən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyerenin barələrində olan hökmdən verilmiş apelyasiya şikayətlərinə baxılıb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ilin aprel ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Bakının Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əsginasları satarkən saxlanılıblar.

Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əsginaslar aşkar edilərək götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hər iki şəxs apelyasiya şikayəti verib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və hər iki şəxsin cəzası 6 ilə qədər azaldılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər