5 Avqust 2016 21:53
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kür çayında batan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Şirvan şəhərində Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:55-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər