Şəmkirdə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini, 1974-cü il təvəllüdlü Axundov Rasim qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.