6 Sentyabr 2016 18:03
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda yaşayış evindən oğurluq edilib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndidə qeydə alınıb.

Kənd sakini Taleh Yusibova məxsus fərdi yaşayış evindən 15 min manat dəyərində qızıl və 700 manat oğurlanıb. Cinayəti törədən şəxs və ya şəxslər evə pəncərəni sındırmaqla daxil olublar.

Baş verən oğurluq hadisəsi ilə bağlı Şəmkir rayon polis şöbəsinə məlumat verilib. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: