19 Sentyabr 2016 14:18
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada 3 azərbaycanlının xəsarət alması ilə nəticələnən cinayət hadisəsi baş verib.

Teleqraf.com mr7.ru-ya istinadən xəbər verir ki, hadisə Qatçina şəhərində yerləşən barların birində olub.

Azərbaycanlılar orta yaşlı naməlum şəxslə mübahisələr ediblər. Həmin şəxs üzərində gəzdirdiyi silahdan azərbaycanlılara atəş açıb.

Məlumatlara görə, 20 yaxşlı azərbaycanlı əlindən, 22 yaşlı şəxs boyun və budundan, 27 yaşlı gənc isə ayağından yaralanıb. Onlar özlərini xəstəxanaya çatdıra biliblər. Faktla bağlı araşdırmalar aparılır.

Elvin


Müəllif: