23 Sentyabr 2016 00:00
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcəbədi Rayon Polis Şöbəsinə Pərioğullar kəndində yaşayan İlqar Xankişiyevin həyətində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olub. APA TV nin məlumatına görə, polis əməkdaşları İ.Xankişiyevin yaşadığı mənzilə və evin həyətinə baxış keçiriblər. Ot tayasının üstündən 14 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Qeyd edək ki, 2016-cı ilin avqust-sentyabr ayları ərzində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədi ilə 10-dan artıq əməliyyat-axtarış tədbiri həyata keçirilib. Bu tədbirlər nəticəsində qanunsuz dövriyyədən ümumilikdə 17 kiloqram narkotik vasitə olan marixuana çıxarılıb.


Müəllif: