20 Oktyabr 2016 10:56
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda cinayət törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 18-də metronun “28 May” stansiyası ərazisində Şəmkir şəhər sakini Nigar Hacıyevanın çantasından mobil telefon oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin metropolitendə polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Seymur Ağayev tutulub.

Onun həmin gün metronun “Gənclik” stansiyasında Bakı şəhər sakini Fəridə Cəfərlinin çantasından sənəd oğurladığı da müəyyən edilib.

Seymur Ağayev əvvəllərdə oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər