7 Noyabr 2016 11:49
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda baş vermiş qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu il sentyabrın 6-da İsmayıllı rayonunun Topçu kəndində qeydə alınıb.

Əvvəllər məhkum olunmuş Canpolad Hüseynov münaqişə zəminində həmkəndlisi Hikmət Feyzullayevə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. Hikmət Feyzullayev xəstəxanada ölüb.

Baş Cinayət Axtarışı İdarəsi, Sabunçu rayon Polis İdarəsi və İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Canpolad Hüseynov saxlanılıb.

Canpolad Hüseynov 20 il məhkumluq həyatı yaşayıb və həbsxanadan azadlığa bu yaxınlarda çıxıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər