Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnmiş yol qəzası törətməldə təqsirləndirilən marşrut avtobusu sürücüsü, 1988-ci il təvəllüdlü Dünyamalı Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.
Cinayət işi məhkəmə baxışına qəbul edilib. Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək.
Hadisə bu il aprelin 8-də Nizami rayonu ərazisində baş verib. 103 saylı marşrut xəttinin sürücüsü Dünyamalı Rzayev idarə etdiyi “Otoyol” markalı 90 OG 171 dövlət nömrə nişanlı avtobusla həmin vaxt yolu keçən
1954-cü il təvəllüdlü Svetlana Jitovanı vurub, daha sonra hərəkətdə olan 30 saylı marşrut xəttinin sürücüsü
1984-cü il təvəllüdlü Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı 10 TG 373 dövlət nömrə nişanlı avtobusla toqquşub. “Daewoo”nun sürücüsü idarəetməni itirərək Araslan Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı 10 LG 127 dövlət nömrə nişanlı avtomaşınla toqquşub.
Hadisə nəticəsində piyada Svetlana Jitova aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobuslarda olan sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər.
Hacı Zeynalov