Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Novxanı bağlar massivində qeydə alınıb.
Yaşadığı evdə bıçaqlanan 1976-cı il təvəllüdlü Elbrus Rüstəmov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında saxlanılan Elbrus Rüstəmovun vəziyyətinin ağır olduğu bildirilir.
Elbrus Rüstəmovun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov