6 Yanvar 2017 20:10
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayon sakini, 1979-cu il təvəllüdlü Fikrət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Fikrət Məhərrəmov 8 dekabr 2014-cü il tarixdə, saat 20 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşən həyətindəki tikili üçün material almaq üçün qonşusu Təranə Rüstəmova və Mehman Rüstəmovun evlərinə gedib.

Ər-arvad qonağı döydü

Fikrət Məhərrəmov kəsilmiş qovaq ağaclarını almaq üçün Təranə və Mehmana müraciət edib. Bu zaman Mehman Fikrətə araq almasını tapşırıb. Deyib ki, yeyib-içəndən sonra ağacları apara bilər.

Fikrət Məhərrəmov yaxınlıqdakı mağazadan aldığı 1 ədəd 0,5 litrlik “Xan” arağı və 0,5 litrlik “Tek gel” konyakı evdə Mehmanla birlikdə içib.

Həmin vaxt Təranə Rüstəmova əri Mehmana göz-qaş edərək Mehmanın ona sataşdığını bildirib. Fikrət Məhərrəmovla Mehmanın arasında mübahisə yaranıb. Mübahisə zamanı Mehman Rüstəmov və Təranə Rüstəmova Fikrət Məhərrəmovu döyüblər. Fikrət Məhərrəmov evinə gedib. Mehman Rüstəmov mübahisəni davam etdirmək məqsədi ilə onun arxasınca gedib.

Qisas

Həmin vaxt ora Təranə Rüstəmovada gəlib. Bir qədər əvvəl ər-arvad tərəfindən döyüldüyü üçün Fikrət Məhərrəmov onlardan qisas almaq məqsədilə hər ikisini öldürmək qərarına gəlib.

Bu niyyətini həyata keçirmək istəyən Fikrət Məhərrəmov mətbəxə keçib. O, mətbəxdən bıçaq götürərək şalvarının kəmərinə keçirib və bayıra çıxıb.

Fikrət Məhərrəmovun yaşadığı evin eyvanının pilləkəninin qarşısında Mehman Rüstəmovla əlbayaxa olub. Bu zaman Təranə Rüstəmova onları ayırmağa cəhd göstərib.

Qətl

Bu vaxt Fikrət Məhərrəmov kəmərinə keçirdiyi bıçağı çıxararaq Mehman Rüstəmovun gözləri qarşısında Təranə Rüstəmovaya bir zərbə endirib. Həmin zərbə Təranə Rüstəmovanın döş qəfəsinin sol yarısına batıb.

Bu zaman Təranə Rüstəmova müqavimət göstərərək özünü müdafiə edib və oradan qaçıb. Buna görə də o, Təranə Rüstəmovanı öldürə bilməyib.

Bundan sonra Fikrət Məhərrəmov niyyətini başa çatdırmağa yönəlmiş hərəkətlərini davam etdirərək Mehman Rüstəmovun bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla ardıcıl zərbələr endirib. Mehman Rüstəmov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

17 il cəza

Fikrət Məhərrəmov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fikrət Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fikrət Məhərrəmovun vəkilləri – Raquf Məmmədov və Əbdülhəsən Əmirov birgə apelyasiya şikayəti veriblər.

Apelyasiya şikayətində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini və Fikrət Məhərrrəmova daha yüngul cəza təyin olunması barədə qərar qəbul edilməsi xahiş edilib. Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərara elan edib. Qərara görə, Fikrət Məhərrəmovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 17 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər