Bu gün Sabuncu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə Akif Çovdarov və digər təqsirləndirilən şəxslər gətirilməyib.
Akif Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, təqsirləndirilən şəxslər saxladıqları İstintaq Təcridxanasından götürülsələr də, hava şəraiti ilə bağlı məhkəmə binasına gəlib çatmayıb.
Vəkil əlavə edib ki, gün ərzində təqsirləndirilən şəxslər məhkəməyə gətiriləcək.
Hacı Zeynalov