Azərbaycanın iki rayonunda oğurluqla məşğul olan dəstənin üzvləri yaxalanıb.
Teleqraf.com xəbər verir ki, Goranboy raypn polis şöbəsi və Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr ayı ərzində Goranboy rayonu ərazisindəki 2 mağazadan pul, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakinləri Arzu Əsgərli və Elsevər Səfərzadə tutulub, daha 3 nəfər isə müəyyən edilib.
A.Əsgərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun ötən ilin iyun ayında Şəmkir rayon sakini Anar Quliyevə məxsus "Niva" markalı avtomobili soyğunçuluq yolu ilə alması, cari il yanvarın 20-də isə Qubad Əfkərova məxsus mağazadan pul, tütün məmulatı və müşahidə kamerasının yaddaş qurğusunu oğurlaması da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov