6 Fevral 2017 10:17
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Maştağa sakini, 1950-ci il təvəllüdlü Yaşar Əliyev özünü həyətdə ağacdan asaraq ölüb.

İntiharın səbəbi məlum deyil.

Daha bir hadisə Şəkidə baş verib. 1958-ci il təvəllüdlü Faiq Səfərov özünü yaşadığı evin hamamında asaraq ölüb. İki uşaq atası olan Faiq Səfərovun hansı səbəbdən intihar etdiyi bilinmir.

Bərdə rayon ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə Ağdam rayon Mərzili kəndindən məcburi köçkün, 1956-cı il təvəllüdlü Sahibə Eminova yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq ölüb.

Məlumata görə, Sahibə Eminova xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün çıxış yolunu intihar etməkdə görüb.

Bundan başqa, Şirvan şəhərində 1990-cı il təvəllüdlü Şəhriyar Dadaşzadə də özünü asıb. Daha bir hadisə Şabranda qeydə alınıb. 1991-ci il təvəllüdlü rayon sakini Elvin Məmmədov özünü asaraq ölüb.

Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər