17 Fevral 2017 14:44
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşı, 1973-cü il təvəllüdlü Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.

Aliyə Cahangirova Azərbaycan AMEA-da dizayner vəzifəsində işləyib.

İttihama görə, Aliyə Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə zərərçəkmiş Mehparə Sadıxovanın 70 min manatını ələ keçirib.

Bundan başqa, Aliyə Cahangirova Mehparə Sadıxovanın bacısı Gülnarə Naibovaya qarşı da dələduzluq edib. O, iş qurmaq adı ilə Gülnarə Naibovanın 8500 manatını alıb.

Aliyə Cahangirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir.

Prokurorun çıxışından sonra söz alan Aliyə Cahangirova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Daha sonra zərərçəkmiş şəxs qismində tanınan Mehparə Sadıxova bildirib ki, təqsirləndirilən şəxsi 1998-ci ildən tanıyıb. Onun sözlərinə görə, Aliyə Cahangirova ona "Elm" nəşriyyatı yaratmaq barədə danıb: "Bunun üçün ona 80 min manat pul lazım olduğunu bildirdi. Həmin məbləğdə pulu məndən istəsə də, ona bu qədər pulum olmadığını dedim".

Zərərçəkmişin sözlərinə görə, sonradan tanışlarından pul taparaq Aliyə Cahangirovaya verib: "Mənim Aliyə ilə iş qurmaq barədə hər hansı sövdələşməm olmayıb. Sadəcə, pulu ona köməklik məqsədilə vermişəm, görəcəyi işin sonunda qazancından mənə olan borcunu qautaracaqdı".

Zərərçəkmiş əlavə edib ki, sonradan Aliyə Cahangirovanın onu aldatdığını başa düşüb: "Aliyəyə deyirdim ki, məşriyyatın çap maşınlarını harada saxlayırsan, pulunu məndən almısan, onları mənə göstər. Amma Aliyə bunu etmirdi. Hər dəfə nəşriyyatın ünvanını bir yerdə göstərirdi".

Zərərçəkmiş qeyd edib ki, Aliyə Cahangirova ondan aldığı 70 min 50 manatı bu günə kimi qaytarmayıb: "Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm. Aliyənin hərəkətləri nəticəsində mənəvi zərər də çəkmişəm. Bu hadisələr cərəyan edən zaman Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində inspektor vəzifəsində işləmişəm, ixtisasım psixoluqdur. Öz ərizəmlə işdən çıxmışam.

Aliyə Cahangirova məndən Mədət Quliyevə (o zaman Penitensiar Xidmətin rəisi olub-red.) əsassız yerə şikayət məktubları göndərib, mənə hədə-qorxu mesajları yazıb. Bir sözlə mənə şər-böhtan atır. Bu gün burada törətdiyi əməli etiraf etmir, etiraf etsə, ondan şilayətçi olmaram".

Zərərçəkmiş həmçinin qeyd edib ki, Aliyə Cahangirovanın hərəkətləri nəticəsində sağlamlığını itirib, iki dəfə infarkt keçirib.

Proses fevralın 24-də dabşvam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər