18 Fevral 2017 09:28
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunun Düz Suparıbağ kəndində vətəndaşa məxsus, ümumi sahəsi 400 m² olan 12 otaqlı evin yanar konstruksiyaları yanıb.

Teleqraf.com-un FHN-ə istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağdamda da yanğın hadisəsi qeydə alınıb. Ağdam rayonu, Səfərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan köməkçi tikilinin, ona bitişik ümumi sahəsi 6 m2 olan talvarın yanar konstruksiyaları və talvarın altında dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 04:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Kəmalə


Müəllif: