Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Vüqar Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il Sumqayıt şəhərində baş verib. Şəhər sakini Vüqar Məmmədov tanışı Sərvər Məmmədovla yeyib-içdikdən sonra spirtli içki üstündə aralarında münaqişə yaranıb.
Münaqişə zəmnində Vüqar Məmmədov Sərvər Məmmədovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan Sərvər Məmmədovun həyatını xilas etmək mümkün olub.
Hacı Zeynalov