27 Fevral 2017 13:44
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əbilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəmə iclaslarına dəfələrlə gəlmədiyi üçün onun barəsində qərar qəbul edilib.

Qərara görə, Zaur Əbilov axtarışa verilib və onun barəsində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz olunub.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Zaur Əbilov Bakıda ev dəllalı kimi fəaliyyət göstərib. O, zərərçəkmiş şəxsə qarşı 21 min manat məbləğində dələduzluqda ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər