Bakının Binəqədi rayonunda oğurluqla məşğul olan iki nəfər yaxalanıb.
Teleqraf.com xəbər verir ki, Baş Cinayət-Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakinləri Babək Mirzəyev və Əflatun Xəlilov tutulublar.
Onlar fevralın 25-də Bakı şəhər sakini Azər Abızadənin “Hyundai” markalı avtomobilinin təkərlərini oğurlamaqda şübhəli biliniblər.
Hər iki şəxsin daha 2 avtomobildən hava yastığı, pul və ətir oğurlamaları da müəyyən edilib.
Hacı Zeynalov