Cəlilabad rayonunda bir nəfər kimyəvi məhluldan zəhərlənib. Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Qarazəncir kəndində qeydə alınıb.
Kənd sakini Yusif Zeynalov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanada ölüb.
İlkin məlumata görə, Yusif Zeynalov intihar etmək məqsədilə xlor içib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov