Tovuz rayonunda 3 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun İbrahim Hacılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.