28 Mart 2017 16:50
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər birinə 9 il, Vüqar Vəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında olan Mirsənan Seyidova 1500 manat, Fərahim Baxışova isə 2500 manat cərimə cəzası kəsilib.

İttihama görə, təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində “Odlar Yurdu” Universitetinin birinci prorektoru Munir Vəliyevin xidməti otağından oğurluq ediblər. Onlar prorektorun seyfini aparıblar, ümumilikdə 429 min 172 manat dəyərində pulu keçiriblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər