2 May 2017 14:44
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlamaqda və narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanovla hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Samir Aslanov 11 il, Fikrət Əfəndiyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Aslanov saxlanılıb. Onda 1 ədəd avtomat və 10 qram heroin aşkarlanıb.

Samir Aslanov kriminal aləmdə Dəli Samir ləqəbi ilə tanınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər