Teleqraf.com big.az-a istinadən bildirir ki, A.Fərəclinin atası Füzuli Fərəcov "Mohito" və "Paradise" klublarının, Novxanıdakı "Kalyon" restoranının sahibidir, Bakıda "Bentli Füzuli" kimi tanınır. Buna səbəb iş adamının şəhərdə ilk "Bentli" maşınına sahib olması ilə izah edilir.
Bakıxanov qəsəbəsində yerləşən, iş adamına məxsus "Texas" restoranına görə isə ona el arasında "Texas Fizuli" də deyirlər.
Son zamanlar isə Bakıxanov qəsəbəsində inşa etdiyi 3 mərtəbəli "Mohito" və Binəqədi rayonu Dağıstanlı küçəsində tikdirdiyi 3 mərtəbəli "Paradise" gecə klubu ilə məşhurdur.
İnteryeri Svarovski daşlarla bəzədilmiş "Paradise" klubunun tikintisi iş adamına bir neçə milyona başa gəlib.