Göygöl rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Göygöl rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Asiman Hüseynov Gəncə çayının Göygöl rayon hissəsində çimərkən suda boğulub. Asiman Hüseynovun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov