Teleqraf.com xəbər verir ki, rayonun Balaxanı qəsəbəsində 1999-cu il təvəllüdlü Natiq Hüseynzadə bıçaqlanıb.
O, bıçaq xəsarəti ilə 3 saylı Sabunçu şəhər Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Natiq Hüseynzadə hadisədən əvvəl qonşusu ilə mübahisə edib və sonda onların mübahisəsi bıçaqlanma ilə nəticələnib.
Faktla bağlı cinayət işi başlanıb.