23 Avqust 2017 17:31
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda vətəndaşlardan hədə-qorxu yolu ilə pul tələb edən dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, avqustun 21-də bir qrup şəxs Bakı şəhər sakini Fazil Qədimova hədə-qorxu gəlib və 300 manatını alıb.

Zərərçəkmiş hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar.

Hikmət Ağayevə məxsus “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan 1 ədəd bıçaq və kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları aşkar edilib.

Onların cari il iyul-avqust ayları ərzində Bakı şəhər sakinləri olan daha 4 nəfərə hədə-qorxu gəlib ümumilikdə onlardan 3540 manat almaları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər