Bakının Səbail rayonunda, “20-ci sahə” adlanan ərazidə, 1988-ci il təvəllüdlü Hüseyn Hüseynov bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Hüseyn Hüseynov həmin ərazidə yerləşən marketin qarşısında tanışı ilə mübahisə edib. Pul borcu üstündə mübahisə əlbəyaxa davaya çevrilib. Həmin şəxs Hüseyn Hüseynova 5 bıçaq zərbəsi vurub. Cinayəti törədən hadisə yerindən qaçıb.
Polis cinayətkarın tutulması üçün əməliyyat tədbirləri görür.