3 Dekabr 2017 16:09
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.

Teleqraf.com xəbər verir ki, boyabrın 30-da Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Göygöl rayon sakinləri Təranə Haqverdiyeva və Sevinc Alıyeva vurulub.

Nəticədə hər iki piyada hadisə yerində ölüblər.

Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-3102” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Əliyaqublu kənd sakini Elnur Əsədov tutulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər