Avropa İttifaqının (Aİ) separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir.
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov Tvitter hesabında yazıb.
N.Məmmədov qeyd edib: "Avropa İttifaqının ötən illərdə separatizmə münasibəti Avropa ölkələri üçün bumeranqa çevrilməkdədir. Tarixin bir qanunu belədir: Böyüklərin böyük səhvləri özlərinə problemə çevrilir".