2 Avqust 2014 12:27
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pirallahı qəsəbəsində əmi qardaşı oğlunu güllələyib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, 52 yaşlı Oqtay Cəfərov evində saxladığı və sənədi olmayan ov tüfəngi ilə qardaşı oğlu 32 yaşlı Niyazi Cəfərovu güllələyərək ona xəsarət yetirib.

Nəticədə yaralı baş nahiyyəsindən aldığı xəsarətlərlə 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Polis tərəfindən tutulan Oqtay Cəfərov isə hadisəni sərxoş vəziyyətdə xuliqanlıq zəminində törətdiyini etiraf edib. Qardaşı oğlu ilə heç vaxt yola getmədiyini etiraf edən O.Cəfərovun cinayətə meylli olduğu bildirilir. Cünki onun əvvələr də məhkumlugu olub.

Polis onu saxlayarkən üzərindən narkotik maddə olan marixuana aşkarlayıb.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

publika.az


Müəllif: