20 Dekabr 2017 12:22
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nəsimi Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən gün keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında müvəkkilinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, “Azərsu” ASC-nin əməkdaşı Elbəy Mirzəliyevi döyməkdə təqsirli bilinib.

Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) maddəsi isə ittiham olunub./Report/


Müəllif: Teleqraf.com