31 Dekabr 2017 12:56
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonu ərazisində oğurluq hadisələri törədilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində 5 həyətyanı sahədən 21 ev quşu və məişət əşyaları, habelə 4 avtomobildən akkumulyator oğurlanması barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıblar.


Müəllif: Hacı Zeynalov