4 Yanvar 2018 20:23
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sabirabad rayon sakini olan bir qadın polisə ərizə ilə müraciət edərək yaşadığı evdən oğurluq edildiyini bildirib.

Evdən ümumi dəyəri 2200 manat olan qızıl-zinət əşyaları və 307 manat pul oğurlandığı müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin yaxın qohumu, rayon sakini Əhməd Qarayev saxlanılıb.

Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı Əhməd Qarayev törətdiyi cinayəti etiraf edib. O bildirib ki, qohumunun evinə qonaq gəlibmiş. Evdə heç kimin olmadığını görən Əhməd orada axtarış aparmağa başlayıb və yataq otağından qızıl və pulları götürərək evdən gedib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər