Bakının Nərimanov rayonunda oğurluq edən mütəşəkkil dəstənin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərov, Sabirabad və Şəmkir rayon sakinləri olan iki yeniyetmə saxlanılıblar.
Dəstə üzvləri yanvarın 2-4-də rayon ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazalardan birindən isə planşet oğurlamaqda şübhəli biliniblər.