Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 500 manat və sənəd oğurlanıb.
30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Bəhruz Qəhrəmanov saxlanılıb.
Onun ötən ilin noyabr-dekabr ayları ərzində 5 avtomobildən akkumulyator və inşaat materialları, habelə 1 həyətyanı sahədən 10 ev quşu oğurlaması da müəyyən edilib.