Sumqayıt şəhərində oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqeraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Əliyev saxlanılıb.
Onun ötən ilin noyabr ayından cari il yanvarın 18-dək olan müddətdə 4 bağ evindən kombi, su mühərriki, təmir-tikinti alətləri və ərzaq məhsulları oğurlaması müəyyən edilib.
Bundan başqa, 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari il yanvarın 24-dək olan müddətdə şəhər ərazisində 5 evdən və həyətyanı sahələrdən məişət əşyaları, 10 ev quşu və 30 göyərçin oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Əliyev saxlanılıb.