5 Fevral 2018 14:30
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda qətl törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, polis və prokurorluq orqanlarının təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu ərazisində törədilən qətlin üstü açılıb.

Fevralın 2-də Astara rayonunun Kolatan kəndində əvvəllər məhkum olunmuş, 41 yaşlı Vüsal Hüseynovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Məhəbbət Bağırov tutulub.

Saxlanılan zaman onun üzərindən narkotik vasitə olan tiryək də aşkar edilərək götürülüb.

Qeyd edək ki, rayonun Kolatan kəndində Vüsal Hüseynov yaşadığı evdə öldürülüb. Bir neçə gün əvvəl Rusiyadan gələn Vüsal Hüseynov evdə tək yaşayırmış.

Onun 20 il Rusiyada yaşadığı, rayona yeni qaytıdığı bildirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər