8 Fevral 2018 11:29
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup vətəndaşı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəltmək adı altında dələduzluq etməkdə ittiham olunan 37 yaşlı Bakı şəhər sakini Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Samirə Nəsirova 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Samirə Nəsirova Elçin Əsədov və şəxsiyyəti istintaqa məlum olmayan Vüsal Məhərrəmov adlı şəxslərlə əlbir olaraq mütəşəkkil dəstə yaradıb.

Ələ keçiriləsi şəxsləri tapmaq məqsədilə jurnalist kimi elanlar vermək, Elçin Əsədovu yüksək vəzifəli şəxslərin yaxın qohumu kimi təqdim etmək qərara alınıb, başqa vəzifə bölgüləri edilib.

O, Elçin Əsədovu yüksək vəzifəli şəxslərin yaxın qohumu, SOCAR-ın işçisi kimi, dəstənin digər üzvü Vüsal Məhərrəmovu isə SOCAR-ın kadrlar idarəsinin əməkdaşı kimi tanıdıb, söhbətlər aparıb.

Dəstə üzvləri 28 nəfər zərərçəkmişi yüksək əməkhaqqı ilə işə düzəldəcəkləri adı ilə aldadaraq pullarını alıblar.

Samirə Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb. və barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Nəsirova “Ata yolu” qəzetinin baş redaktoru olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər