Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları küllü miqdarda narkotik vasitəni satmaq istəyən şəxsi həbs edib.
Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhərinin ərazisində Ağdaş rayon sakini İman Zamanovdan 15 kiloqram marixuana götürülüb.
Bundan başqa, Yevlax rayon polis şöbəsinin əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Musayevdən 482,16 qram marixuana aşkarlayıblar.
Hər iki faktla bağlı cinayət işi başlanıb.