Bakının Xəzər rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binə qəsəbəsinin “Donuzçuluq sovxozu” kimi tanınan ərazisində Naxçıvan sakini, 1988-ci il təvəllüdlü Orxan Heydərov bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma başlanıb.
Məlum olub ki, Orxan Heydərov qəsəbə ərazisində tanışı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Onların mübahisəsi sonda qanlı olayla nəticələnib.
Faktla bağlı cinayət işi başlanıb.