Bakıda oğurluqda təqsirləndirilən Cavid İsayev, Xəzər Hüseynov və Şahin Əlizdənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Cavid İsayev 3 il, Xəzər Hüseynov 2 il 6 ay, Şahin Əlizadə isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zamində olan təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçib. Onlar məhkəmə zalında həbs ediliblər.
İttiham aktına əsasən, Cavid İsayev, Xəqani Hüseynov və Şahin Əlizadə Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində "Milliön" ödəmə terninalını yarıb, içərisindən 200 manatdan artıq pulu oğurlayıblar.
Həmçinin onlar marketin təhlükəsizlik kamerasının yaddaş kartını da özləri ilə aparmaq istəyiblər, lakin yolda salıblar.