1 İyun 2018 00:38
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə baş verib. İnsident zamanı ana ilə qızı güllələnib.

Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.

Bildirilir ki, ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyib.

Cütlüyün arasında münaqişə yaranıb və oğlan onların yaşadığı evə gələrək hər ikisini güllələyib.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır. Silahlı şəxsin saxlanıldığı bildirilir.


Müəllif: Mənbə/APA

Oxşar xəbərlər