Gəncə şəhərində oğurluq hadisəsi törədən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq hadisələri törətməkdə şübhəli bilinən Gülüstan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əlisgəndərov saxlanılıb.
Onun cari il fevralın 18-dən iyunun 2-dək olan müddətdə Gəncə şəhər sakinlərinə məxsus 3 avtomobildən akkumulyator, habelə 2 həyətyanı sahədən su mühərriki və 12 ev quşu oğurlaması müəyyən edilib.