12 İyun 2018 12:44
2 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində 11-ci sinif şagirdini öldürməkdə təqsirli bilinən Tural Tağıyev və xuliqanlıqda təqsirli bilinən Fərid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il fevralın 13-də 11-ci sinif şagirdi, 2001-ci il təvəllüdlü Elnur Bağırov Gəncə şəhəri, Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Elnur Bağırovu yaşıdı, 2001-ci il təvəllüdlü Tural Tağıyev qətlə yetirib. Cinayəti törədən şəxs saxlanılıb.

İstintaq müəyyən edib ki, Tural Tağıyev qətli həmin vaxt hadisə yerində olan digər yaşıdı Fərid Vəliyevlə birlikdə törədib.

Rəsmi açıqlamaya görə, qətli törədən Tural Tağıyev 39 saylı orta məktəbin rus bölməsinin 10-cu sinif şagirdi, qətlə yetirilən Elnur Bağırov isə 42 saylı orta məktəbin Azərbaycan dili bölməsinin 11 A sinfinin şagirdi olub.

Məlum olub ki, məktəblilər arasında mübahisə hadisədən bir gün əvvəl, axşam saatlarında sosial şəbəkədə yaranıb. Məktəblilər sonra “haqq-hesab” çəkmək üçün növbəti gün görüş təyin ediblər. Onlar ertəsi gün, yəni fevralın 13-də, saat 12-də şəhərin Tağı Arani küçəsində görüşüblər.

Həmin vaxt dostu ilə birlikdə vəd olunan yerə gələn Tural İsmayılovun Elnur Bağırovla yenidən mübahisə edib.

Mübahisə zamanı Tural İsmayılov dostu ilə birlikdə Elnur Bağırovu döyüb. Bu zaman Tural özündə olan bıçaqla Elnur Bağırovun ürək nahiyəsindən vurub.

İstintaq orqanı tərəfindən Tural İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 221.3-cü (xuliqanlıq) maddələri ilə, Fərid Vəliyevin barəsində isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər