Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Samux rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Lək kəndinin ərazisində qeydə alınıb. Kənd sakini Anar Hüseynov münaqişə zəminində həmkəndlisi Azər Səmədovu bıçaqlayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Hüseynov tutulub. Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.
Hacı Zeynalov